q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Sumqayıtda xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

CƏMİYYƏT

29 Aprel 2026 | 13:41

Sumqayıtda xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən, 1916-cı ildə inşa olunmuş tarixi tikilinin bir sıra konstruktiv elementlərində uzunmüddətli istismar nəticəsində aşınma halları müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

    O bildirib ki, bu səbəbdən də qəzalı vəziyyətə düşən binada fəaliyyət göstərən 3 nömrəli Şəhər Xəstəxanasının mərhələli şəkildə köçürülməsinə başlanılıb:

    "Vətəndaşların ilkin tibbi xidmətə olan ehtiyacının operativ və əlçatan şəkildə qarşılanmasını təmin etmək məqsədilə xəstəxananın həyətində yerləşən ayrıca binada fəaliyyət göstərən Poliklinika şöbəsi və laborator xidmətlər isə əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

    Görülən tədbirlər səhiyyə infrastrukturunun yenilənməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədinə xidmət edir"./APA


    SON XƏBƏRLƏR