q
  • Bakı 10° C

    10.37 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.2677

Narkotik vasitənin təsiri altında saxlanıldı

    HADİSƏ

    29 Aprel 2026 | 11:46

    Narkotik vasitənin təsiri altında saxlanıldı

    Aprelin 29-da yol hərəkəti qaydalarını pozduğuna görə “Changan” markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobil Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilib.

    Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

    Bildirilib ki, yoxlama zamanı Zaur Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, müayinə nəticəsində onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.

    Zaur Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.

    “Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir”, - deyə məlumatda vurğulanıb.


    SON XƏBƏRLƏR

    28 Aprel 2026