Şübhəli malların gömrük buraxılışı 3 günədək dayandırılacaq
Bakıvaxtı.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliklərə görə, tez xarab olan malların gömrük nəzarəti və rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt (yəni saxta və ya müəllif hüquqlarını pozan) olduğu ilə bağlı əlamətlər aşkar edilərsə, həmin malların buraxılışı müvəqqəti dayandırılacaq.
Belə ki, bu halda gömrük orqanının rəhbərinin qərarı ilə malların buraxılışı ilkin olaraq 3 iş günü müddətinə dayandırılacaq. Əgər müraciət edən şəxs əsaslandırılmış şəkildə əlavə vaxt tələb edərsə, bu müddət daha 3 iş günü uzadıla biləcək.
Bakı 




