• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“İran və İsrailə səfərdən çəkinin” - XİN

CƏMİYYƏT

28 Fevral 2026 | 12:13 | Müəllif: Zeynəb Rzayeva

“İran və İsrailə səfərdən çəkinin” - XİN

İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan XİN-dən məlumat verilib.

    “Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. 

    Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi [email protected] +972 54 539 77 88”, - müraciətdə deyilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR