Fransa Prezidenti Emmanuel Makron ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən və Tehranın cavab tədbirlərindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırış edib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə bildirib.
"Öz prinsiplərinə sadiq qalaraq və beynəlxalq məsuliyyətini dərk edərək, Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edir. Hazırkı gərginlik hamı üçün təhlükəlidir və buna son qoyulmalıdır. Bu, Yaxın Şərqdə hamının təhlükəsizliyi üçün mütləq vacibdir", - Makron qeyd edib.
Fransa Prezidentinin sözlərinə görə, o, vəziyyətlə əlaqədar Avropa və Yaxın Şərq tərəfdaşları ilə sıx təmasdadır.
Bakı 




