Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İran ərazisinə hava hücumlarını pisləyən bəyanat yayıb.
Bakıvaxtı.az xəbər verir ki, Rusiya XİN hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası fonunda həyata keçirildiyini bildirib.
Moskvanın fikrincə, bu, uzunmüddətli normallaşmaya nail olmaq səylərinə xələl gətirir.
Rusiya tərəfi eskalasiyanın humanitar, iqtisadi və mümkün radioloji nəticələrinin riskləri, eləcə də qlobal nüvə silahının yayılmaması rejiminə mənfi təsiri ilə bağlı narahatlığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyi BAEA-nın təminatları altında obyektlərə zərbələrin qəbuledilməz olduğunu bildirib və gərginliyin daha da artması riski barədə xəbərdarlıq edib. Moskva siyasi və diplomatik həll yoluna dərhal qayıtmağa çağırıb və beynəlxalq hüquqa, qarşılıqlı hörmətə, maraqlar balansına əsaslanan dinc həll yollarının axtarılmasını asanlaşdırmağa hazır olduğunu təsdiqləyib.
Bakı 




