• Bakı C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlanıb

CƏMİYYƏT

28 Fevral 2026 | 09:22

Biləsuvarda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

    Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


    SON XƏBƏRLƏR

    27 Fevral 2026