• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

"Qəbələ" öz meydanında qalib gələ bilmədi

İDMAN

28 Fevral 2026 | 19:22 | Müəllif: Subhan Mahmudov

"Qəbələ" öz meydanında qalib gələ bilmədi

Misli Premyer Liqasının XXII turunda "Qəbələ" "Karvan-Yevlax"la üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, günün ikinci matçı Qəbələ şəhər stadionunda keçirilib. Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

Qonaqlardan İmani Barker 26-cı dəqiqədə hesabı açıb. Meydan sahiblərinin heyətində Seydina Keyta 37-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran "Qəbələ" 10-cu pillədə qərarlaşıb. Qonaqlar 7 xalla sonuncu - 12-ci sıradadır.

Günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı" ilə bərabərə qalıb - 2:2.

Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq. Ötən gün "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR