• Bakı 13° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Tural Qurbanov baş hakim kimi təyinat alıb

İDMAN

30 Mart 2026 | 14:52

Tural Qurbanov baş hakim kimi təyinat alıb

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.

T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.

B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.

Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.


SON XƏBƏRLƏR

29 Mart 2026