• Bakı C

    10.67 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb

DÜNYA

01 Mart 2026 | 00:56

İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb

İran ABŞ və İsrailə qarşı yeni raket hücumları dalğası başladıb.

Bakıvaxtı.az bu barədə "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, hücum çərçivəsində "Shahed" pilotsuz uçuş aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki 5-ci Donanmasının qərargahına zərbələr endirib.

Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.

Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.


SON XƏBƏRLƏR

28 Fevral 2026