Mahaçkala limanının sahilində İran gəmisinin xilas edilməsi əməliyyatı başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə limanın mətbuat xidməti bildirib.
"Mahaçkala limanının sahilində İran gəmisinə yardım göstərilməsi üçün xilasetmə əməliyyatı başa çatıb. Heyətin vəziyyəti yaxşıdır", - qurumdan qeyd edilib.
***
16:09
Rusiya Fövqəladə Hallar Nazirliyi "Caspian şhiva" adlı İran tankerinin Mahaçqala sahillərində qəza vəziyyətində olması barədə məlumatı təsdiqləyib.
Bakıvaxtı.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, quru yük gəmisi Mahaçqala dəniz ticarət limanından bir neçə kilometr məsafədə qəza vəziyyətindədir.
"Mahaçqala ticarət limanından 7 km məsafədə "Caspian shiva" quru yük gəmisinin saya oturması barədə məlumat daxil olub. Bildirilib ki, gəminin anbarına su dolur", - məlumatda qeyd edilib. Xilasetmə xidmətləri bildiriblər ki, hazırda hadisə yerində hündürlüyü 1,5 metr olan dalğalar müşahidə olunur. Eyni zamanda gəminin heyəti anbarlardan suyu boşaltmağa başlayıb. İran quru yük gəmisinin köməyinə iki yedək Rusiya gəmisi cəlb olunub./Report
***
15:17
İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə MNS məlumat yayıb.
Məlumata görə, "Caspian Shiva" yük gəmisi Mahaçqala dəniz limanına gedərkən naməlum mənşəli zədə alıb. Sonra gəmi batmağa başlayıb, su sürətlə mühərrik otağına daxil olub.
"Caspian Shiva" gəmisində 10 heyət üzvü var. İlkin məlumata görə, xəsarət alan yoxdur.
Pis hava şəraiti səbəbindən (Xəzər dənizində dalğalar hazırda 2 metr hündürlüyə çatır ) xilasetmə əməliyyatına başlamaq mümkün deyil. Rusiya dəniz limanlarının bir neçə yedək gəmisi hazır vəziyyətə gətirilib./Oxu.Az
Bakı 




