• Bakı 26° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

Sabir Rüstəmxanlının qardaşı oğlu kafesini satır

CƏMİYYƏT

29 Yanvar 2026 | 16:12

Sabir Rüstəmxanlının qardaşı oğlu kafesini satır

Xalq şairi, keçmiş deputat Sabir Rüstəmxanlının qardaşı oğlu Bəhruz Rüstəmxanlı “Misra Book Cafe”ni satışa çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, paytaxtda fəaliyyət göstərən kitab-kafenin satılması barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, obyektin sahibi Bəhruz Rüstəmxanlı kafenin fəaliyyətini dayandırmaq və əmlakı satışa çıxarmaq qərarına gəlib.

“2022-ci ildə böyük həvəs və ümidlə, hər detalını sevərək qurduğum, düzəltdiyim “Misra book cafe”ni biznes olaraq satıram.

Ümid edirəm ki, bu gözəl məkana kimsə sahib çıxacaq, imkan verməyəcək solğun, kitabsız, mənasız bir obyektə çevrilsin.

“Misra”nı yazdım, silinməsini istəmirəm...”, - deyə Bəhruz Rüstəmxanlı sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, “Misra Book Cafe” ədəbi mühitin tez-tez ziyarət etdiyi, müxtəlif imza günləri, təqdimatlar və kitab müzakirələrinin keçirildiyi məkan kimi tanınır.

Rəşid Muxtar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026