• Bakı C

    0.88 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başladı

CƏMİYYƏT

29 Yanvar 2026 | 14:28

Biləsuvar heyvan bazarı yenidən fəaliyyətə başladı

Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarı yenidən fəaliyyətə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, bazar ərazisi asfaltlanıb. Giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Rampa və çardaqlar quraşdırılıb. Baytarlıq nəzarəti məqsədilə kliniki baxış platformaları yaradılıb. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Qeyd edək ki, bundan öncə Beyləqan, Ağcabədi, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb.


SON XƏBƏRLƏR