• Bakı C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Abşeron Gənclər Şəhərciyində YANĞIN - YENİLƏNİB + FOTO/VİDEO

HADİSƏ

29 Yanvar 2026 | 23:12

Abşeron Gənclər Şəhərciyində YANĞIN - YENİLƏNİB + FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onbirmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 18kv.m sahədə yanıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Xəsarət alan olmayıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

 

 

***22:24

Xırdalan şəhərində yerləşən Abşeron Gənclər Şəhərciyində yanğın baş verib.

Bakıvaxtı.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın söndürülüb, xəsarət alan yoxdur.

***22:18

Xırdalan şəhərində yerləşən Abşeron Gənclər Şəhərciyində yanğın baş verib.

Bakıvaxtı.az-ın hadisə yerindən əldə etdiyi məlumata görə, Şəhərciyin 53-cü blokunun 4-cü mərtəbəsində qaz partlayıb.

Məlumata görə, binada yaşayan şəxslər hadisə yerini tərk edərək küçələrə axışıb.

Hazırda ərazidə yanğınsöndürmə qüvvələri operativ fəaliyyət göstərir.

Yaralıların və itkinin olmadığı deyilir.

Hadisə yerindən fotoları təqdim edirik.

Əli Hüseynov


SON XƏBƏRLƏR