İmişlidə qamışlıq ərazidə güclü yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, İmişlinin Əli Yetməzli kəndində Kür sahili boyunca uzanan yaşıl sahədə güclü yanğın qeydə alınıb.
Yanğın Kürdəmir rayonuna doğru yayılaraq təhlükəli vəziyyət yaradıb.
Yerli sakinlərin verdiyi məlumata görə, havanın küləkli olması səbəbindən yanğın sürətlə genişlənir.
Əraziyə əlavə yanğınsöndürmə qüvvələrinin cəlb edildiyi bildirilib və yanğının Kürdəmir rayonunun Şüşün kəndinə doğru irəlilədiyi qeyd olunur./Trend
Bakı 




