“Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyadan Suriyaya ekstradisiyası uzun müddətdir ki, gündəmə gətirilmir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türk mediasına müsahibəsində deyib.
Lavrov Suriyanın keçid hakimiyyətinin Əsədin ekstradisiyası ilə bağlı iddialarına dair sualı cavablandırıb və Rusiyanın tərəfdaşlarının onun respublikadan qaçmasının hansı şəraitdə olduğunu bildiyini vurğulayıb.
O, Moskvanın ərəb ölkəsinin keçmiş prezidentinə sırf humanitar səbəblərə görə sığınacaq verdiyini qeyd edib.
“Əgər siz daxili işlərimizi izləyirsinizsə, bizi necə mühakimə edə bilərsiniz? Bəşər Əsədin Suriya məsələlərində heç bir rolu yoxdur”, - diplomat bildirib.
Bakı 




