• Bakı C

    0.88 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Taksi sürücüsü qarət edildi

CƏMİYYƏT

29 Yanvar 2026 | 16:21

Taksi sürücüsü qarət edildi

Bakının Nəsimi rayonunda avtomobildə yatan sürücünün mobil telefonunu oğurlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Nəsimi rayonu ərazisində taksi fəaliyyəti göstərən bir nəfər polisə müraciət edərək mobil telefonunun oğurlandığını bildirib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 44 yaşlı E.Qasımov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsünün avtomobildə yatmasından və qapının açıq olmasından istifadə edərək mobil telefonu gizlicə talayıb.

Faktla bağlı araşdırma davam etdirilir.


SON XƏBƏRLƏR