Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərinin mübadiləsini aparıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi 1 000, Ukrayna isə 38 həlak olmuş əsgərin meyitini təhvil verib.
Sonuncu dəfə tərəflər 2025-ci il dekabrın 19-da meyitlərin mübadiləsini həyata keçirmişdi - Rusiya 1 003, Ukrayna isə 26 meyiti təhvil vermişdi.
Bakı 




