• Bakı C

    1.89 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi, saxlanıldı

CƏMİYYƏT

29 Yanvar 2026 | 18:18

Maşın almaq adı ilə gəldiyi evdən oğurluq etdi, saxlanıldı

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək oğurluq hadisəsi ilə üzləşdiyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, o, avtomobilini satmaq istədiyi şəxsi evinə dəvət etdiyini, danışıqlar zamanı otaqdan çıxdıqda onun mobil telefonunu, qızıl-zinət əşyalarını və sənədləri oğurladığını bildirib. Həmin şəxs sonradan zərərçəkənə zəng edərək taladıqlarını geri qaytaracığını bildirsə də, vədinə əmək etməyərək həmin əşyaları satıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 50 yaşlı E. Hüseynov müəyyən olunaraq saxlanılıb.


SON XƏBƏRLƏR