• Bakı 22° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Aİ Rusiyanın məşhur jurnalistlərinə sanksiya tətbiq etdi

DÜNYA

29 Yanvar 2026 | 18:27 | Müəllif: Subhan Mahmudov

Aİ Rusiyanın məşhur jurnalistlərinə sanksiya tətbiq etdi

Avropa İttifaqı rusiyalı jurnalistlər Yekaterina Andreeva, Pavel Zarubin və Dmitri Quberniyevə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Aİ-nin sanksiya siyahısına reper Roman Çumakov, balet ustası Sergey Polunin və teleaparıcı Maria Sittel də düşüb.

    Qeyd edək ki, Pavel Zarubin Rusiya prezidenti Vladimir Putinin jurnalist "pul"unda təmsil olunur. O, Rossiya telekanalında yayımlanan Moskva. Kreml. Putin verilişinin müəllifi və aparıcısıdır. Yekaterina Andreeva Pervıy kanalın əsas xəbər buraxılışının aparıcısı, Dmitri Quberniyev isə Rusiyanın məşhur idman jurnalisti və aparıcısıdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026