• Bakı C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

İsrail İranda rejimi dəyişə biləcəkmi? - Fidandan açıqlama

DÜNYA

29 Yanvar 2026 | 22:30

İsrail İranda rejimi dəyişə biləcəkmi? - Fidandan açıqlama

İsrailin İrana mümkün hücumunun əsas məqsədi bu ölkənin silahlı qüvvələrinin vacib imkanlarını məhv etmək olacaq. 

Bakıvaxtı.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində deyib.

"Düşünürəm ki, İsrailin əsas məqsədi İran ordusunun bəzi vacib imkanlarını məhv etmək olacaq", - deyə Fidan bildirib.

İsrailin İrandakı rejimi dəyişdirmək istəyinə münasibət bildirərkən o, qeyd edib ki, "onlar bunu etmək istəyə bilərlər, amma bacarıb-bacarmayacağı bəlli deyil".

"Bu, xarici hərbi müdaxilədən deyil, xalqdan asılıdır. İran xalqı müharibələr və xarici hücumlar zamanı, xüsusən də İsraildən gələn hücumlar zamanı həmişə öz liderlərinin ətrafında birləşir", - deyə XİN rəhbəri bildirib./Axar.az


SON XƏBƏRLƏR