Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyəyə rəsmi səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd edilib ki, Özbəkistan Prezidentini R.T.Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan Esenboğa Hava Limanında qarşılayıblar.
Hər iki lider Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcək. İclasda ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar ətraflı şəkildə müzakirə olunacaq.
Liderlərin təkbətək və nümayəndə heyətləri ilə görüşlərdən sonra mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Bakı 






