• Bakı C

    0.88 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib

CƏMİYYƏT

29 Yanvar 2026 | 14:43

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəm dünyaya gəlib

Masallı Rayon Mərkəzi Xəstəxanasında üçəmlərin doğuş prosesi uğurla icra olunub. Tibb müəssisəsinə müraciət edən 1996-cı il təvəllüdlü hamilə qadın 24.01.2026-cı il tarixində tibb müəssisəsinin Doğum və ginekologiya şöbəsinə yerləşdirilib.
 
TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, pasiyent üzərində qeysəriyyə əməliyyatı həkim-mama-ginekoloqlar Təhminə Bəndəliyeva və Cahan Mustafayevanın iştirakı ilə icra olunub. Üçəmlərin çəkiləri müvafiq olaraq 2, 2.5 və 2.3 kq., boyları isə 48, 48 və 47 sm. olub.
 
Hazırda ana və körpələrin vəziyyəti kafi qiymətləndirilir. Yenidoğulmuşlar həkim-neonatoloqun nəzarətindədir.
 
Qeyd edək ki, 1996-cı il təvəllüdlü qadının üçəmlərə qədər iki oğlan övladı olub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR