• Bakı 20° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Ukraynaya 145 milyon avro yardım ayırdılar

DÜNYA

29 Yanvar 2026 | 20:50 | Müəllif: Subhan Mahmudov

Ukraynaya 145 milyon avro yardım ayırdılar

Avropa Komissiyası elektrik və istilik enerjisi təchizatında yaranan fasilələrin yaratdığı kritik vəziyyətə cavab olaraq Ukraynaya 145 milyon avroluq yardım paketinin ayrıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə rəsmi məlumatda bildirilib.

“Avropa Komissiyası Ukrayna və qaçqınlara ev sahibliyi edən Moldovaya 153 milyon avro təcili yardım elan edib, çünki milyonlarla ukraynalı dondurucu temperatur və elektrik enerjisinin kəsilməsi ilə üzləşib”, - sənəddə deyilir.

Ümumi məbləğin 145 milyon avrosu Ukraynaya, qalan 8 milyon avrosu isə Moldova üçün nəzərdə tutulub.

Maliyyə dəstəyi ilə yanaşı, Avropa Komissiyası bir ay ərzində Ukraynaya ümumilikdə 947 elektrik generatorunun göndəriləcəyini vəd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026