• Bakı C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 2.0386

    RUB - 2.2208

Almaniya səfiri İran XİN-ə çağırıldı

DÜNYA

29 Yanvar 2026 | 20:32

Almaniya səfiri İran XİN-ə çağırıldı

Almaniyanın Tehrandakı səfiri Aksel Ditmann kansler Fridrix Merzin İranla bağlı açıqlamalarından dolayı Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran XİN-in açıqlamasında deyilir.

“Görüş zamanı səfirə İran İslam Respublikası tərəfindən Almaniya rəsmilərinin müdaxiləçi və məsuliyyətsiz açıqlamalarına qarşı sərt etiraz bildirilib”, - deyə bildirilib.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz Avropa Birliyi ölkələrinə İran rəhbərliyinə təzyiqləri artırmağa çağırış etmişdi.


SON XƏBƏRLƏR