• Bakı 17° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Prezident sakinlə zarafatlaşdı - “Elə yol olub?”+VİDEO

CƏMİYYƏT

29 Oktyabr 2025 | 00:05

Prezident sakinlə zarafatlaşdı - “Elə yol olub?”+VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb.

Bakıvaxtı.az-ın  məlumatına görə, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:

Prezident İlham Əliyev: İndi gənclər də darıxmamalıdır burada. Çünki birincisi, doğma torpaqdır. İkincisi, şərait yaxşıdır. Üçüncüsü, bütün bu Qarabağ, Şərqi Zəngəzur ən inkişaf etmiş bölgələrdən biri olacaq - nəinki Azərbaycanda, dünya miqyasında. Belə kəndlər harada salınır?

Digər kişi sakin: Yoxdur, gözəldir, hamının xoşuna gəlir. Gözəl kəndlərdir.

Prezident İlham Əliyev: Şəhərlər, yollar. İndi siz hansı yolla gəlmisiniz buraya?

Digər kişi sakin: Biz Şükürbəylidən gəldik.

Prezident İlham Əliyev: Yolu gördünüz?

Digər kişi sakin: Gördük, gördük, çox gözəldir.

Prezident İlham Əliyev: Elə yol olub?

Digər kişi sakin: Qabaq buradan o yolu gedəndə yarım saata, qırx dəqiqəyə gedib çıxırdıq. İndi 10 dəqiqəyə gəlib çıxırıq.

Prezident İlham Əliyev: İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq.

Digər qadın sakin: İnşallah, sayənizdə.

Həmin səmimi dialoqu təqdim edirik:

 

 


SON XƏBƏRLƏR

28 Oktyabr 2025