• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Azərbaycan Kostanoviçi Rusiyaya təhvil verdi

CƏMİYYƏT

27 Noyabr 2025 | 19:11

Azərbaycan Kostanoviçi Rusiyaya təhvil verdi

Dələduzluqda ittiham edilərək 2023-cü ildə dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.


SON XƏBƏRLƏR