• Bakı 11° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Roma Papasından Türkiyəyə çağırış: Ehtiyacımız var...

DÜNYA

27 Noyabr 2025 | 20:02

Roma Papasından Türkiyəyə çağırış: Ehtiyacımız var...

Papa XIV Leo Türkiyəni xalqlar arasında vasitəçi rolunu üzərinə götürməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, Papa dörd günlük səfəri zamanı Ankarada hökumət nümayəndələri və diplomatlar qarşısında çıxış edib:

“Cənab Prezident, Türkiyə davamlı sülhə xidmət edən, sabitliyin və xalqlar arasında həmrəyliyin olduğu bir ölkədir. Bu gün dialoqu təşviq edəcək və onu möhkəm iradə, səbirli əzmlə həyata keçirəcək insanlara həmişəkindən daha çox ehtiyacımız var”.

Papa həmçinin qlobal səviyyədə münaqişələrin səviyyəsinin artmasından narahatlığını filə gətirib.

Roma Papasının sözlərinə görə, Türkiyə Şərqlə Qərb, Asiya və Avropa arasında körpü rolunu oynayır və eyni zamanda daxili müxtəlifliyi ilə zəngin ölkədir:

"Siz Aralıq dənizinin və bütün dünyanın bu günündə və gələcəyində mühüm yer tutursunuz. Bu, ilk növbədə, daxili müxtəlifliyinizə dəyər verməyinizdən irəli gəlir. Cəmiyyət plüralizmə sahib olanda yaşaya bilir. Xristianlar ölkənizin birliyinə müsbət töhfə vermək istəyirlər. Onlar türk kimliyinin bir parçasıdır".

Dünya katoliklərinin lideri onu da bildirib ki, Türkiyə kimi dinin mühüm rol oynadığı bir cəmiyyətdə hər bir insanın ləyaqətinə və azadlığına hörmət etmək lazımdır:

"Biz hamımız Allahın övladlarıyıq və bunun şəxsi, sosial və siyasi nəticələri var. Bu gün bu, daxili siyasəti və beynəlxalq münasibətləri dəyişdirməli olan ciddi çağırışdır”./Teleqraf


SON XƏBƏRLƏR