• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Siyarto: Ukraynanın Aİ-yə qəbul edilməsi dəlilikdir

DÜNYA

27 Noyabr 2025 | 16:45

Siyarto: Ukraynanın Aİ-yə qəbul edilməsi dəlilikdir

"Budapeşt Serbiyanın Avropa İttifaqına (Aİ) qoşulmağa hazır olduğuna inanır, lakin Ukraynanın tez bir zamanda icmaya qəbul edilməsi təşəbbüslərini "dəlilik" hesab edir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Serbiyanın Radio Televiziyasına müsahibəsində bildirib.

"Ukraynanın Avropa İttifaqına daxil olması Aİ üçün yalnız təhlükə yaradır. Müharibə təhlükəsi, korrupsiya təhlükəsi, Ukrayna mafiyasının təhlükəsi, qeyri-sağlam kənd təsərrüfatı məhsulları təhlükəsi. Ukrayna tamamilə hazırlıqsız və təhlükəli olsa da, bir çox Avropa ölkələri Ukraynanı Serbiyadan əvvəl qəbul etmək istəyir. Bizim mövqeyimiz isə buna qarşıdır", - macar nazir qeyd edib.

Aynur Babazadə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026