• Bakı 12° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Əsas məsələ adda deyil: Paşinyan üçün dəhlizin necə adlandırılmasının əhəmiyyəti yoxdur

SİYASƏT

27 Noyabr 2025 | 12:56

Əsas məsələ adda deyil: Paşinyan üçün dəhlizin necə adlandırılmasının əhəmiyyəti yoxdur

 “Zəngəzur bölgənin adıdır, hətta çar Rusiyasının xəritələrində bu cür adlanır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Həsrət Rüstəmov deyib.

Onun sözlərinə görə, normalda bundan ermənilərin qıcıq olmaması, tarixi həqiqəti olduğu kimi qəbul etməsi lazımdır:

"Amma Ermənistanda münaqişənin, qarşıdurmanın davam etməsini istəyənlər var. Baş nazir Nikol Paşinyan üçün əslində dəhlizin adının nə olmasının ciddi bir əhəmiyyəti yoxdur. Çünki erməni baş nazir reallıqları qəbul edə bilən siyasətçidir. Amma qarşıda parlament seçkisi var və baş nazir qalib gəlməlidir. Ona görə də Paşinyan və komandası bəzən pafoslu, bəzən də reallıqla uzlaşmayan bəyənatlar verirlər və verməyə davam edəcəklər”.

Həsrət Rüstəmov: Regiona soxulmağa çalışanların qarşısını yalnız sülh kəsə bilər

Müsahibimizə görə, əsas məsələ heç də adda deyil, əsas məsələ sülh və əməkdaşlığın başlanmasıdır. H.Rüstəmov vurğulayıb ki, regiona soxulmağa çalışanların qarşısını yalnız sülh kəsə bilər:

“Ermənilər artıq tamamilə bunu başa düşməlidirlər".

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma var. Bunu erməni politoloq Benyamin Matevosyan deyib. Eskspert Azərbaycanın əsas hissəsi ilə eksklavı Naxçıvanı birləşdirəcək dəhlizin üç il ərzində işə düşəcəyini bildirib.

Matevosyan vurğulayıb ki, Ermənistan və Azərbaycanın siyasi bəyanatlarına baxaraq, bunu istəyirsiniz “Tramp yolu”, istəyirsiniz “Zəngəzur dəhlizi”, ya da “Sülh qovşağı” adlandırın, 2028-ci ilin ikinci yarısında dəhlizi işə salmağı planlaşdırırlar:

"Bu barədə yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev də danışıb, Ermənistan Baş naziri Nikol Paşinyan da təxminən eyni tarixi Gürcüstandakı sammitdə qeyd etmişdi. Yəni hazırda həm Ermənistan, həm də Azərbaycanda dəhlizin işə düşmə tarixlərinə dair bir konsensus mövcuddur".

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın "Zəngəzur dəhlizi" ifadəsi Ermənistanda isterik vəziyyət doğurmuşdu. XİN rəhbəri Ararat Mirzoyanın ardınca baş nazir Nikol Paşinyan da türkiyəli rəsminin sözlərinə reaksiya vermişdi. Paşinyan dəhlizin "Zəngəzur" yox, "Tramp marşrutu" adlandığını vurğulayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Noyabr 2025