• Bakı C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Gələn il Bəhreyndə Azərbaycan səfirliyi açılacaq

SİYASƏT

26 Dekabr 2025 | 17:48

Gələn il Bəhreyndə Azərbaycan səfirliyi açılacaq

Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var. Ancaq prosedurlar həyata keçirilmədən bu barədə məlumatı indidən bölüşməyi düşünmürük", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.


SON XƏBƏRLƏR