Birləşmiş Ştatlar hesab edir ki, Ukraynaya təhlükəsizlik zəmanəti verməzdən əvvəl sülh sazişi imzalanmalıdır.
Bakıvaxtı.az "Politico"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Avropa rəsmiləri ilə telefon danışığında bildirib.
Dövlət katibi avropalı müttəfiqlərinə bildirib ki, Birləşmiş Ştatlar Ukrayna üçün hər hansı təhlükəsizlik zəmanəti ilə razılaşmadan əvvəl sülh sazişi imzalamaq istəyir:
"Kiyev üçün uzunmüddətli təhlükəsizlik təminatları məsələsi daha sonra prezident Donald Tramp tərəfindən müzakirə olunacaq və bu şərt keçən həftə Amerikanın Kiyevə təkliflərində əsas elementə çevrilib".
Rubio avropalılarla söhbətində müqavilə imzalandıqdan sonra həlli vacib olan bir sıra digər məsələləri də qeyd edib. Bu, Ukraynanın ərazi bütövlüyü və Rusiyanın dondurulmuş aktivləri ilə bağlıdır.
Gülşən Şərif
Bakı 



