• Bakı 11° C

    2.89 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

İQTİSADİYYAT

27 Noyabr 2025 | 20:32

DVX transfer qiymətlərinin tətbiqi ilə bağlı təlim xarakterli görüş keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi ilə bağlı vergi ödəyiciləri ilə təlim xarakterli növbəti görüş keçirib. 

Bakıvaxtı.az xəbər verir ki,DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin təşkilatçılığı ilə baş tutan görüşün məqsədi transfer qiymətləri üzrə əməletmə səviyyəsinin yüksəldilməsi və mövcud qanunvericilik tələblərinin izah edilməsi olub. Görüşdə transfer qiymətləri sahəsində sənədləşmə öhdəliyi olan 50-dən çox vergi ödəyicisinin nümayəndələri iştirak edib.

Tədbirdə düzgün sənədləşdirilmiş transfer qiyməti siyasətinin və sənədləşmə sahəsində hazırlığın olmasının investisiya mühitinin təkmilləşdirilməsinə, ədalətli rəqabətin güclənməsinə, müvafiq sahə üzrə vergi ödəyicilərinin mövqeyinin möhkəmləndirilməsinə təsir imkanları geniş müzakirə olunub. Bundan başqa, transfer qiymətlərinin əvvəlcədən müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyin müəyyən etdiyi imkanlar və müraciət qaydaları vergi ödəyicilərinin nəzərinə çatdırılıb. 

Vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.


SON XƏBƏRLƏR