Bu ilin 11 ayında banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7 faiz artaraq 37 milyard 202 milyon manata bərabər olub.
Bakıvaxtı.az rəsmi statistikaya istinadən xəbər verir ki, depozitlərin 15 milyard 847.7 milyon manatı fiziki şəxslərin, 21 milyard 354.3 milyon manatı hüquqi şəxslərin payına düşür.
14 milyard 913.6 milyon manat həcmində depozit xarici valyutada saxlanılır.
Hesabat dövründə bankların cəlb etdikləri depozitlər üzrə faiz xərcləri 1 milyard 164.2 milyon manat təşkil edib.
Bakı 




