• Bakı 12° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.9691

    RUB - 2.1563

Xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı

CƏMİYYƏT

27 Noyabr 2025 | 12:40

Xadimə çalışdığı evdən 5 min manatlıq qızıl oğurladı

Paytaxtın Yasamal rayonunda evdən oğurluq edilib.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

26 Noyabr 2025