• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

İsrail təhlükəsizlik qüvvələri Ceninə daxil olub

DÜNYA

27 Noyabr 2025 | 17:34

İsrail təhlükəsizlik qüvvələri Ceninə daxil olub

İsrail Sərhəd Polisi bölmələri noyabrın 26-da İordan çayının Qərb sahilinin şimalında başlayan genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində Fələstinin böyük şəhərlərindən biri Cenin ərazisinə daxil olub. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

"İordan çayının qərb sahilində antiterror əməliyyatı çərçivəsində hazırda İsrail Sərhəd Polisi bölmələri Cenin bölgəsində fəaliyyət göstərir. Eyni zamanda əlavə əməliyyat çərçivəsində İsrail Hərbi Hava Qüvvələri yerdə fəaliyyət göstərən qoşunlara havadan dəstək verir", - məlumatda deyilir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR