• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Bakıda səkini parkinqə çevirmək istədilər - AYNA-dan REAKSİYA

CƏMİYYƏT

27 Noyabr 2025 | 13:27

Bakıda səkini parkinqə çevirmək istədilər - AYNA-dan REAKSİYA

Paytaxtın Xətai rayonu Qaçaq Nəbi küçəsində piyada səkisinin hesabına parkinq yaradılmasını əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, görüntülərə əsasən binalardan birinin qarşısında gecə saatlarında parkinq yeri hazırlandığı məlum olur.

Parkinqin səkinin hesabına təşkil edilməsi isə narazılıq yaradıb. Bildirilib ki, bu kimi dəyişikliklər piyadaların hərəkət təhlükəsizliyini pozur, həm də küçədə nəqliyyatın axınına maneə olur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qafqazinfo.az-a bildirilib ki, AYNA və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ərazidə səkinin qanunsuz zəbt edilməsinin qarşısı alınıb və bərpası həyata keçirilir.


SON XƏBƏRLƏR

26 Noyabr 2025