• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Orban Moskvaya səfər edəcək? 

DÜNYA

27 Noyabr 2025 | 14:54

Orban Moskvaya səfər edəcək? 

Macarıstan Baş nazirinin aparatının rəhbəri Gergely Gulyas Macarıstanın Baş naziri Viktor Orbanın noyabrın 28-də Moskvaya gedəcəyi və burada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etməyi planlaşdırdığı barədə mətbuatda yayılan xəbərləri nə təsdiq, nə də təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, Macarıstanın Baş nazirinin Rusiya paytaxtına gözlənilən səfəri ilə bağlı xəbərləri dəqiqləşdirməsi üçün jurnalistlərdən sual alan Gulyas qeyd edib:

"Mən heç nəyi təsdiq etmirəm və heç nəyi istisna etmirəm".

O, həmçinin Orbanın Moskvada Putinlə hansı mövzuları müzakirə edə biləcəyini şərh etməkdən imtina edib. Gulyas təsdiqləyib ki, Macarıstan ABŞ-nin Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni planını tam dəstəkləyir və digər ölkələri Amerikanın təkliflərini dəstəkləməyə çağırır.
 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR