• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanda məqsədli büdcə fondları ləğv oluna bilər

İQTİSADİYYAT

10 Sentyabr 2026 | 11:17 | Müəllif: Əli Hüseynov

Azərbaycanda məqsədli büdcə fondları ləğv oluna bilər

Maliyyə Nazirliyi bir ay ərzində dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması ilə bağlı təkliflərini Prezident İlham Əliyevə təqdim etməli olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, dövlət başçısının imzaladığı övlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərmanda öz əksini tapıb.

Bundan başqa, fərmana əsasən, nazirlik aşağıdakılar barədə də təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir:

- normativ hüquqi aktların təkmilləşdirilməsi;

- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;

- Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi;


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026