İsrail Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidin qarşısını alır.
Bakıvaxtı.az Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir ki, bunu HƏMAS-ın sözçüsü Hazem Qassem deyib.
O, bildirib ki, Fələstin hərəkatı müqavilənin birinci mərhələsinin bütün şərtlərinə tam əməl edib.
ABŞ prezidenti Donald Trampın Qəzza planında yer alan bəndlərdən biri olan HƏMAS-ın tərksilah edilməsi məsələsinə toxunan hərəkat nümayəndəsinə görə, bu məsələ milli dialoq və məsləhətləşmələr yolu ilə həll edilməlidir.
Gülşən Şərif
Bakı 



