"Çinin Honkonq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkə hesablarındakı paylaşımında qeyd edib.
"Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə sağalmalarını arzulayırıq.
Bu çətin dövrdə düşüncələrimiz Çinin Honkonq əyalətinin xalqı ilədir", - paylaşımda vurğulanıb.
Xatırladaq ki, Honkonqda yaşayış kompleksində baş vermiş güclü yanğın nəticəsində həlak olanların sayı 55 nəfərə çatıb. Səkkiz hündürmərtəbəli yaşayış binasından ibarət "Wang Fuk Court" kompleksindəki yanğın yanvarın 26-ı başlayıb. Binaların birindən başqa hamısını yanıb. Komkpeksdə təxminən 4000-ə yaxın insan yaşayırdı.
Bakı 



