• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Fransada könüllü hərbi xidmət tətbiq olundu

DÜNYA

27 Noyabr 2025 | 15:30

Fransada könüllü hərbi xidmət tətbiq olundu

"Fransa peşəkar müqavilə xidməti ilə yanaşı, gələcək çağırışlara və təhdidlərə cavab olaraq gənc vətəndaşlar üçün könüllü hərbi xidmət təqdim edir". 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə prezident Emmanuel Makron əsgərlər qarşısında çıxış edərkən bildirib.

"Millətin müdafiəmiz üçün səfərbər olmasına ehtiyacımız var. Bu adım bu və ya digər düşmənə qarşı deyil, sadəcə hazırlıqlı olmaq lazımdır. Bəs biz gənclərimizin sürətindən necə yararlana bilərik və millətimizi qarşıda duran çağırışlara və təhlükələrə necə hazırlaya bilərik? Cavab sadədir: könüllü xidmətlə. Yeni milli xidmət proqramı gələn ilin yayından başlayacaq", - o deyib.

Dövlət başçısı proqramın 18-19 yaşlı gənclər üçün açıq olacağını, həm gənc oğlanların, həm də qadınların iştirak etmək hüququna malik olacağını qeyd edib. Xidmət 10 ay davam edəcək, onun bir ayı silah hazırlığı və məşqə həsr olunacaq, qalan doqquz ay isə birbaşa hərbi hissələrdə keçəcək.

Zeynəb Rzayeva
 


SON XƏBƏRLƏR