Hindistanın Müdafiə Nazirliyi Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemləri üçün raketlərin alınmasına razılıq verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Times of India” mənbələrə istinadən məlumat yayıb.
“Hindistan S-400 sistemləri üçün may ayında Hindistan-Pakistan hərbi münaqişəsi zamanı istifadə edilmiş bu silahların ehtiyatlarını artırmaq, həmçinin silahların yeni ehtiyatlarını yaratmaq üçün müxtəlif diapazonlu raketlər alacaq”, - nəşrin mənbələri bildirib.
Hindistan Müdafiə Nazirliyi həmçinin Hindistan ordusunun xidmətində olan S-400 hava hücumundan müdafiə sistemlərinin saxlanması üçün Rusiya ilə bir illik müqaviləni təsdiqləyib. Müqaviləyə əsasən, Rusiya Hindistanda bu hava hücumundan müdafiə sistemləri üçün texniki xidmət və təmir mərkəzi yaradacaq.
Zeynəb Rzayeva
Bakı 



