Moskva ilə Kiyev arasında yaxınlaşmada irəliləyiş olmasına baxmayaraq, Ukraynadakı münaqişənin həlli üzrə danışıqlar daha bir neçə ay uzana bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Economist" jurnalı mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Amerikanın son şərtləri, Vaşinqtonun Ukraynaya göstərdiyi təzyiqlər əvvəlkindən əhəmiyyətlidir.
Nəşrin mənbəsinin sözlərinə görə, danışıqların yekunlaşmasına daha bir neçə ay lazım ola bilər. Qəzet qeyd edir ki, proses digər məsələlərlə yanaşı cəbhə xəttindəki vəziyyətdən də asılı olacaq.
Aynur Babazadə
Bakı 



