Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hesab edir ki, Avrasiyadan geosiyasi qarşıdurma meydanı kimi istifadə etmək cəhdləri, həmçinin Avrasiya inteqrasiyası proseslərini məhv etməyə yönəlmiş təşəbbüslər var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının cümə axşamı Bişkekdə keçirilən iclasının yekunları üzrə qəbul edilmiş bəyannamədə bildirilib.
Qeyd edilib ki, KTMT ölkələrinin liderləri Avrasiya məkanından geosiyasi qarşıdurma meydanı kimi istifadə etmək üçün xarici cəhdlərdən narahat olduqlarını vurğulayırlar.
Zeynəb Rzayeva
Bakı 



