"Bu gün Cənubi Koreyanın "Nuri" raketi praktiki peykləri uğurla orbitə çıxarıb. Bu, ölkəmizin kosmosun tədqiqi tarixində yeni səhifə açır".
Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Li Çje Men deyib.
O, həmvətənlərini "Nuri" raketinin dördüncü uğurlu buraxılışı münasibətilə təbrik edərək, ölkənin dünyanın ən böyük beş kosmik dövlətindən biri olmaq istəklərini bəyan edib.
"Bu, yolun yalnız başlanğıcıdır. Biz elm və texnologiya vasitəsilə həmvətənlərimizin həyatını yaxşılaşdırmağa davam edəcəyik və dünyanın kosmosa uçan ilk beş ölkəsindən biri olmağa çalışacağıq", - deyə Cənubi Koreya lideri bildirib.
Gülşən Şərif
Bakı 



