• Bakı 11° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Hakimləri təhqir edənlər - Cəzalandırıldı

CƏMİYYƏT

27 Noyabr 2025 | 14:31

Hakimləri təhqir edənlər - Cəzalandırıldı

AFFA hakimləri təhqir edən futbolçuları, məşqçiləri və bir klub rəsmisini cəzalandırıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında hakimləri təhqir edən “Real”ın rəsmisi Nahid Səmədov və “Şirvanovka”nın futbolçusu Loğman Camirzəyevi 4, “Naxçıvan”ın oyunçusu Əbdül Əbdülovu isə 5 oyunluq diskvalifikasiya edib.

Qurum U-13 Liqasında iki məşqçini də eyni səbəbdən cəzalandırıb. İCBFA komandasının baş məşqçisi Zahid Məmmədov və “Hacıqabul”un məşqçisi Xudat İsrafilov 4 oyunluq diskvalifikasiya olunub.


SON XƏBƏRLƏR