• Bakı 12° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

QDF-in dəstəyi ilə Horovlu kəndində 1 000-dən çox ağac əkilib - FOTO

CƏMİYYƏT

27 Noyabr 2025 | 17:24

QDF-in dəstəyi ilə Horovlu kəndində 1 000-dən çox ağac əkilib - FOTO

Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilati dəstəyi ilə Zəfər Gününün beşinci ildönümü münasibətilə Cəbrayıl rayonunun Horovlu kəndində ağacəkmə aksiyası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a fonddan məlumat verilib.

Aksiyada Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Horovlu kəndinin sakinləri iştirak ediblər.

Vahid Hacıyev tədbir iştirakçılarına Horovlu kəndinin tikinti prosesi ilə bağlı məlumat verib.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev kənd sakinlərinə Fondun fəaliyyəti, həyata keçirdiyi layihələrlə bağlı məlumat verib.

Daha sonra aksiya iştirakçıları müxtəlif növlü ağacları kənd parkının ərazisində əkiblər.

Qeyd edək ki, təşkil olunan aksiya il ərzində davam edən layihənin yekununu vurub. Layihə çərçivəsində Qarabağ Diçəliş Fondunun maliyyə dəstəyi ilə kəndin park ərazisində ümumilikdə 70 ədəd oleandr, 50 ədəd zeytun, 450 ədəd şərq çinarı, 100 ədəd yapon əzgili, 50 ədəd gavalı, 200 ədəd Eldar şamı, 250 ədəd piramidal sərv olmaqla, ümumilikdə 1 170 ağac əkilib.


SON XƏBƏRLƏR