Dünən keçirilən Namibiya regional seçkilərində Adolf Hitler Uunona Ompundja rayonunda qalib gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Namibiya" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, hakim SWAPO partiyasından namizədliyini irəli sürən siyasətçi 85% səs toplayıb və yenidən beşinci müddətə regional idarəetməyə sədr seçilib.
Bu yaxınlarda o, Hitler sonluğunu çıxararaq soyadını dəyişdirmək üçün müraciət edib. Hazırda Adolf Uunonun sənədləri ilə bağlı lazımi prosedurlar aparılır. Atası ona Namibiya üçün bu qeyri-adi ad və soyad verib. Siyasətçi iddia edir ki, valideynləri ona kimin adını qoyduqlarına tam əmin deyildilər.
Qeyd edək ki, müasir Namibiya 1915-ci ilin yayına qədər Alman müstəmləkəçiliyi altında olub. Buna görə də Afrika ölkəsində alman adları çox yayılıb.
***
15:16
Namibiyalı siyasətçi Adolf Hitler Uunona şəxsiyyət vəsiqəsində "Hitler" adının qeyd olunmasından imtina edib.
Bakıvaxtı.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "The Namibian" nəşri yazıb.
Bildirilir ki, 59 yaşlı siyasətçi 1990-cı ildə müstəqillik qazandığı gündən Namibiyanı idarə edən Cənub-Qərbi Afrika Xalq Təşkilatını təmsil edir. Uunona bəyan edib ki, anadan olarkən ona verilmiş bu adla çağırılmasını daha istəmir.
"Mənim adım Adolf Hitler deyil. Mən Adolf Uunonayam. İnsanların məni necə Adolf Hitler adlandırdıqlarını və heç tanımadığım biri ilə əlaqələndirməyə çalışdıqlarını gördüm", - deyə o bildirib.
Qeyd edilir ki, namibiyalı Adolf Hitler nasist ideologiyasına barışmaz mövqe nümayiş etdirir və inandırır ki, atası ona bu adı verərkən onun tarixi əhəmiyyətini anlamayıb.
Siyasətçi ilk dəfə 2004-cü ildə Ompundja bölgəsində böyük fərqlə seçilib. O, həmçinin 2015 və 2020-ci illərdəki seçkilərdə də qalib gəlib.
Bakı 



