• Bakı 12° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Polşanın Rusiya ilə diplomatik əlaqələri kəsir?

DÜNYA

27 Noyabr 2025 | 15:43

Polşanın Rusiya ilə diplomatik əlaqələri kəsir?

"Polşa hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri kəsmək niyyətində deyil".

Bakıvaxtı.az xəbər verir ki, bunu Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maciej Wiewiur jurnalistlərə bildirib.

"Vurğulamaq istərdim ki, biz Rusiya ilə diplomatik münasibətləri kəsmirik", - Wiewier brifinqdə deyib. 

O əlavə edib ki, Varşava Moskvanın respublikanın İrkutskdakı Baş Konsulluğunu bağlamaq qərarını qəbul edib, çünki Rusiya qarşılıqlılıq prinsipini rəhbər tutub. 

Polşalı diplomat həmçinin xəbərdarlıq edib ki, iki ölkə arasında münasibətlər pisləşərsə, Varşavanın ehtiyatda "bir neçə addımı" qalı. Ancaq o, hansı addımları nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, noyabrın 19-da Polşanın xarici işlər naziri Radoslav Sikorski dekabrın 23-dən etibarən Qdanskda fəaliyyət göstərən son Rusiya Baş Konsulluğunun bağlanması qərarını açıqlayıb. Buna cavab olaraq, Moskva Polşanın İrkutskdakı Baş Konsulluğunu 30 dekabr 2025-ci il tarixindən etibarən bağlamaq qərarına gəlib. 

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR